Tramp TikTok-da
    • 3-06-2024, 10:30
    • 183

Tramp TikTok-da

Donald Tramp dünən axşam açdığı təsdiqlənmiş TikTok hesabından qısa bir video görüntüsü ilə ilk paylaşımını edib.


News24.az xəbər verir ki, o, videoda "Burada olmaq şərəfdir" deyib. 


Xüsusilə noyabr ayında keçiriləcək prezident seçkilərində gənc seçicilərə çatmaq üçün TikTok-a girdiyi şərh edilən Trampın iştirakı, ABŞ Konqresində qadağan olunacağı səbəbilə müzakirə edilən sosial media platforması üçün də qazanc kimi qiymətləndirilir. 

Qeyd edək ki, TikTok-un ABŞ-da 170 milyon istifadəçisi var.

Tramp həmçinin prezidentliyi dövründə milli təhlükəsizlik səbəbi ilə TikTok-u bağlamaq istəyib, lakin federal məhkəmə tərəfindən bloklanıb. Tramp gənc amerikalıları qəzəbləndirəcəyi səbəbilə bu il isə Konqres tərəfindən qəbul edilən "TikTok" qadağasına yol açan qanun layihəsinin əleyhinə olduğunu bildirib.

Günel Məlikzadə