"TikTok"un rəhbəri vəzifədən gedib
    • 27-08-2020, 10:35
    • 779

"TikTok"un rəhbəri vəzifədən gedib

Çinin “TikTok” sosial şəbəkəsinin rəhbəri Kevin Mayer vəzifəsindən istefa verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, qərar ABŞ hökuməti ilə bağlı gərginlik səbəbi ilə qəbul edilib. K.Mayer qərarı ürək ağrısı ilə qəbul etdiyini bildirib. 

Kevin Mayer rəhbər vəzifəsinə bir neçə ay əvvəl təyin olunub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp “TikTok”un ölkənin milli təhlükəsizliyinə təhdid olduğunu açıqlayıb.