Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi
    • 3-06-2024, 13:25
    • 170

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Lənkəranda dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

News24.az APA-ya istinadən məlumat verir ki, Lənkəran şəhərinin "Kiçik Bazar" deyilən ərazisində dənizdə bir nəfərin boğulması barədə təcili yardıma məlumat daxil olub. Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs sudan çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Hazırda ona tibbi yardım göstərilir, şəxsin kimliyi dəqiqləşdirilir.