Qomezin növbəti məqsədi
    • 3-06-2024, 22:10
    • 170

Qomezin növbəti məqsədi

Sosial mediada ən çox izlənən adlardan biri olan aktrisa və müğənni Selena Qomez uzun müddət sonra yeni eşqə başlayıb. Qomez yeni sevgilisi Benni Blanko ilə münasibəti haqqında "Özümü heç vaxt bu qədər təhlükəsiz hiss etməmişdim və bu, əla hissdir" deyib.

News24.az xəbər verir ki, “Time” jurnalının üz qabığının ulduzu 31 yaşlı Qomez şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Müğənni “5 il tək qaldım, öyrəşdim. Əksər insanlar tək qalmaqdan qorxur və mən yəqin ki, tək qalmaqla özümə işgəncə verdim. Sonra bunu qəbul etdim. Özüm üçün bir plan qurdum. 35 yaşıma kimi heç kimlə tanış olmasam, övladlığa götürərəm” deyib.

Bununla belə, Blanko ilə görüşən Qomez "Bunlar heç gözləmədiyiniz anda olur" deyib.

Prodüser Blanko son həftələrdə qatıldığı The Howard Stern Show-da uşaq sahibi olmaq barədə "Bu mənim növbəti məqsədimdir. Ətrafımda uşaq olmağını çox sevirəm" deyib


Günel Məlikzadə