-
- 3-06-2024, 20:00
- 176
Zelenski bu ölkədən psixiatr istədi
Ukrayna prezidenti Volodimir Zelenski Filippin rəhbəri Ferdinand Markosdan hərbi personala kömək etmək üçün Ukraynaya psixi sağlamlıq mütəxəssisləri göndərməyi xahiş edib.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat dərc edib.
Zelenski Markosla görüş zamanı bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti ilə işləmək üçün Ukraynanın bu qəbildən daha çox mütəxəssisə ehtiyacı var.
"Məncə, bizim təklif edə biləcəyimiz budur... Mən əlimizdən gələni etməyə, xüsusən də müharibədən zərər çəkmiş mülki şəxslərə və günahsız insanlara kömək etməkdən məmnunam", - deyə Marko ona cavab verib.
Qeyd edək ki, Zelenski Filippində səfərdədir.