Zelenski elan etdi: “Rusiyaya cavab hazırlayırıq”
    • 7-04-2024, 17:25
    • 287

Zelenski elan etdi: “Rusiyaya cavab hazırlayırıq”


Ukrayna rus işğalçılarının Xarkovda törətdiyi terrora konkret cavab hazırlayır.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə əlaqədə olduğunu bildirib:

“Cəbhədəki vəziyyəti ətraflı müzakirə etdik, gələcək fəaliyyətlərimizi planlaşdırdıq. Əlimizdən gələni edirik ki, hər bir döyüş briqadasında dövlətin müdafiəsi üçün lazım olan hər şey olsun”.