Ukrayna ordusunun yeni baş komandanı təyin edildi
    • 8-02-2024, 21:35
    • 252

Ukrayna ordusunun yeni baş komandanı təyin edildi


Ukrayna prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edib.

News24.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə söyləyib.

“Mən general-polkovnik Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin etdim”, - deyə, o bildirib.

Qeyd edək ki, Sırski Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına komandanlıq edib.

Mehriban Mirzəzadə