Çindən İspaniyaya "Panda Diplomatiyası"
    • 3-06-2024, 22:50
    • 236

Çindən İspaniyaya "Panda Diplomatiyası"

Çindən İspaniyanın Madrid şəhərindəki zooparka gələn nəhəng panda cütlüyü mərasimlə qarşılanıb.

News24.az xəbər verir ki, 2020-ci ildə doğulan pandaların 10 il İspaniyada qalacağı açıqlanıb.

Çinin diplomatik münasibətləri gücləndirmək üçün Pandaları başqa ölkələrə göndərməsi praktikası Panda Diplomatiyası adlanır.

Qeyd edək ki, ənənənin tarixi eramızın 7-ci əsrində Tan sülaləsi dövründən başlayır.

Günel Məlikzadə