-
- 4-04-2024, 14:43
- 193
Ən yaşlı panda öldü
Yaponiyanın "Tan Tan" adlı ən yaşlı pandasının öldüyü açıqlanıb.
News24.az xəbər verir ki, dövlət televiziyası NHK pandanın ürəyinin dayanması nəticəsində öldüyünü açıqlayıb.
Kobe şəhərindəki Oji zooparkının rəsmiləri 1995-ci ildə Çinin Çiçuan bölgəsində doğulan pandanın öldüyü zaman 80-100 yaşında olduğunu bildirib.
Qeyd edək ki, "Tan Tan" 2000-ci ildə, 1995-ci ilin yanvarında, ictimaiyyət arasında "Kobe zəlzələsi" kimi tanınan Böyük Hanşin zəlzələsindən sonra icarə müqaviləsi ilə şəhərə gətirilib. Bildirilib ki, məqsəd panda ilə təbii fəlakətdə zərər çəkən şəhər sakinlərinə təsəlli vermək olub.
Günel Məlikzadə