Saqopa Kajmerin anası vəfat etdi
    • 3-06-2024, 17:58
    • 182

Saqopa Kajmerin anası vəfat etdi

Türkiyənin məşhur rep ifaçılarından olan Saqopa Kajmer ləqəbli Yunus Özyavuzun anası Serpil Özyavuz dünyasını dəyişib. Uzun müddətdir ağciyər xərçəngi ilə mübarizə aparan məşhur adın anası bir müddət idi ki, xəstəxanada müalicə alırdı.

News24.az xəbər verir ki, iki gün əvvəl reanimasiyaya aparılan 71 yaşlı ana Serpil Özyavuzu bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Saqopa Kajmer "X" hesabında paylaşım edib;

 "Mən anamı iyunun 2-də günorta itirdim. O, 2 il döyüşdü... biz vuruşduq. O, müharibəni uduzdu, həm müharibəni, həm də anamı itirdim". 

Günel Məlikzadə