-
- 4-06-2024, 09:18
- 458
Piylənmə xərçəngə gətirib çıxarır
Böyük Britaniyanın Xərçəng Araşdırmaları Mərkəzi xəbərdarlıq edib ki, ölkədəki piylənmə epidemiyası səbəbindən gənclərdə xərçəng nisbətləri yaşlarından daha sürətlə artır.
News24.az xəbər verir ki, 1995-2019-cu illər arasında sağlamlıq statistikasını araşdıran elm adamları, artan xərçəng hadisələrinin son 30-40 ildə qidalanma dəyişiklikləri nəticəsində bağırsaqlarda yaranan xəstəliklərlə əlaqəli olduğunu düşünürlər.
Statistikalar göstərib ki, 25-50 yaşlı yetkinlərdə xərçəngə tutulma nisbəti 20 il ərzində 25 faiz artıb.
İngiltərədə hər il bu yaş qrupunda olan 35 min insana xərçəng diaqnozu qoyulduğu bildirilir.
25 YAŞA qədər 16 % ARTIB
Xərçəng hadisələrinin ən çox artdığı ikinci yaş qrupu olaraq 25 yaşın altında olanlar diqqət çəkib. Məlum olub ki, 25 yaşa qədər britaniyalılarda xərçəng xəstəliyinə tutulma halları 20 il ərzində 16 faiz artıb. Ən aşağı artım, 10 % ilə 75 yaşdan yuxarı insanlarda müşahidə edilib.
Tapıntılar Amerika Klinik Onkologiya Cəmiyyətinin konfransında elm dünyasının diqqətinə çatdırılıb. Mütəxəssislər qeyri-sağlam qidalanma, hərəkətsizlik və piylənmənin xərçəng hallarının artmasına səbəb olduğunu düşünürlər.
İngiltərədə 1993-cü ildə 78,9 kiloqram olan kişilərin orta çəkisinin 2021-ci ildə 85 kiloqramı keçdiyi qeyd edilir və İngiltərədə kişi əhalinin 69 %-nin obez olduğu bildirilir.
Günel Məlikzadə