-
- 4-06-2024, 09:37
- 1 751
Dollarla bağlı MÜHÜM XƏBƏR
Azərbaycanda dollara tələbat kəskin artıb.
Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-may aylarında satılan dolların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Cari ilin yanvar-may aylarında 37 valyuta hərracında ümumilikdə banklara 2 milyard 968 milyon ABŞ dolları satılıb. Ötən ilin eyni dövründə isə bu göstərici cəmi 1 milyard 492,4 milyon ABŞ dollar olub.
Bəs dollar alışında kəskin artıma səbəb nə olub?
May ayında keçirilən 7 hərracda isə valyuta satışının məbləği 558,6 milyon dollar təşkil edib. Bu isə ötən ilin may ayındakı satışlardan 2 dəfə yüksəkdir. İqtisadçı Xalid Kərimli deyib ki, son vaxtlar Azərbaycanda soxsaylı beynəlxalq tədbirlər keçirilir. Həmin tədbirlərə hazırlıq üçün investisiya istiqamətli xərclərin maliyyələşdirilməsi dollara tələbatın artmasına səbəb olur və normaldır. Avansların ödənilməsi, alışların həyata keçirilməsi üçün resursların xərclənməsi həm iqtisadi aqtivliyi artırır, pul vəsaitlərinin axınını sürətləndirir, həm də dollara tələbat yaradır.
O, dollara tələbatın artmasının məzənnəyə təsir edib-etməyəcəyi məsələsinə də münasibət bildirib.
Xatırladaq ki, Azərbaycanda əhalinin banklardan əldə etdiyi nağd ABŞ dollarına tələbi də kəskin artıb. 2024-cü ilin yanvar-mart ayları ərzində banklar əhaliyə nağd 931,3 milyon ABŞ dolları satıblar. Bu da illik müqayisədə 491,5 milyon manat və ya 112 faiz artım deməkdir.
Daha ətraflı videomaterialda: