Termometrlər 44,7 dərəcə göstərdi
    • 4-06-2024, 10:01
    • 302

Termometrlər 44,7 dərəcə göstərdi

Hindustan Times qəzetinin məlumatına görə, Hindistan Meteorologiya İdarəsi (IMD) paytaxt Yeni Dehlidə havanın temperaturunun normadan 5 dərəcə yüksək olduğunu bildirib.

News24.az-ın məlumatına görə, termometrlərin 44,7 dərəcə göstərdiyi Yeni Dehlidə həyəcan siqnalı sarıdan “narıncıya” yüksəldilib və şəhərdə rütubətin 39 faizə çatdığı açıqlanıb.

Qeyd edək ki, həddindən artıq istilərin təsirli olduğu Hindistanda ötən həftə isti hava səbəbindən 40 nəfər həyatını itirib.

Eyni zamanda, bütün zamanların ən yüksək temperaturu paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.

Günel Məlikzadə