-
- 17-02-2023, 10:29
- 278
G7 sammitinə Ukrayna da qatılacaq
Yaponiyanın bu ay planlaşdırdığı G7 onlayn liderlər sammitində Ukrayna Prezidenti də iştirak edəcək.
News24.az xəbər verir ki, görüşün fevralın 24-də keçirilməsi planlaşdırılır.
Yaponiya milli mətbuatı Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə iştirak etməyə hazır olduğunu yazıb.
Sammitdə Ukraynaya hücumlarını davam etdirən Rusiyaya qarşı qətiyyət və həmrəylik mesajlarının verilməsi hədəflənir.
ABŞ, Almaniya, Avropa İttifaqı (Aİ), Fransa, İngiltərə, İtaliya və Kanada liderlərinin qatılacağı sammitdə Ukrayna ilə bağlı əməkdaşlıq gücləndiriləcək, enerji sahəsində sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq. Rusiya-Ukrayna böhranından mənfi təsirlənən bazarların inkişafı üçün çıxış yolları müzakirə ediləcək.