Azərbaycanda yüksək vəzifəyə yeni TƏYİNAT
    • 4-06-2024, 16:48
    • 429

Azərbaycanda yüksək vəzifəyə yeni TƏYİNAT

Baş prokuror əmrlər imzalayıb


Baş prokurorluğun Mətbuat xidmətindən News24.az bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. 


Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib


Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.


Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.


Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.


Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.