Soyuq duşun inanılmaz faydaları
    • 4-06-2024, 22:44
    • 496

Soyuq duşun inanılmaz faydaları

Soyuq su ilə duş qəbul etməyin inanılmaz faydaları var.

News24.az Yenisabah.az-a istinadən xəbər verir ki, mütəxəssislərin araşdırmalarına görə, soyuq duş, bir növ, termoterapiya üsuludur. Bu qeyri-adi üsul bədən və ruh sağlamlığına müsbət təsir edir.

Təxminən 3-5 dəqiqə soyuq duş qəbul etmək bədəndə və zehində bir sıra müsbət dəyişikliklər yaradır. Çünki soyuq duş özünüzü daha yaxş hiss etməyinizə və stress səviyyənizi azaltmağa kömək edir.

Xüsusilə, immunitet sistemini gücləndirən təsiri ilə orqanizmin xəstəliklərə qarşı müqavimətini təmin edir.

Günə enerjili başlamağınıza kömək edir. Səhər qəbul edildikdə yuxunu qovur və bədəni təravətləndirir.

Soyuq su dərindən nəfəs almağı asanlaşdırır və oksigen qəbulunu artırır.

Müntəzəm olaraq tətbiq edildikdə qan dövranı sisteminin daha səmərəli işləməsini təmin edir. 

Elektroşok təsiri ilə depressiya və stress əlamətlərini azaldır. 

Ağ qan hüceyrələrinin istehsalını artırdığı üçün bədənin xəstəliklərə qarşı müqavimətinə kömək edir. Müvafiq olaraq immuniteti də gücləndirir. 

Bədən istiliyini aşağı salaraq maddələr mübadiləsi sürətini artırır. Müntəzəm olaraq soyuq duş qəbul etmək arıqlamağınıza ciddi mənada kömək edə bilər. 

İdman zədələri və ya əzələ yaralanmaları kimi xəstəliklərin simptomlarını azaldır. Çünki soyuq su zədələnmiş nahiyəyə oksigenli qan axınını təmin edir. 

Baş dərisində qan dövranını artırır. Soyuq su dərini daha sıx və canlı saxlayır, məsamələri daraldır. Dərinin altındakı yağ hüceyrələrinin kiçilməsinə kömək etdiyi üçün selülitin görünüşünü aradan qaldırmaqda təsirli olur. 

Beyin funksiyalarını aktivləşdirdiyi üçün diqqət dağınıqlığı kimi idrak problemlərini azaldır.

Soyuq duş üslu xroniki xəstəlikləri və immuniteti zəif olan insanlar üçün tövsiyə edilmir.