-
- 5-06-2024, 09:11
- 297
Səssiz məşq: İtaliya-Türkiyə matçı
AVRO-2024-ə hazırlıqlarını davam etdirən Türkiyə Milli Komandası səfərdə İtaliya ilə xüsusi matçda üz-üzə gəlib.
News24.az xəbər verir ki, Boloniyadakı Renato Dell'Ara stadionunda keçirilən yoldaşlıq görüşünü Avstriya Futbol Federasiyasından Sebastyan Qişamer idarə edib.
İtayla matça Vicario, Di Lorenzo, Mancini, Bastoni, Dimarco, Cristante, Jorginho, Orsolini, Pellegrini, Chiesa və Retegui ilə başlayıb.
Türkiyə matça 11 futbolçusu ilə başlayıb: Altay Bayındır, Zeki Çelik, Ozan Kabak, Abdülkerim Bardakcı, Mert Müldür, Kaan Ayhan, Hakan Çalhanoğlu, Oğuz Aydın, Yusuf Yazıcı, Kənan Yıldız, Barış Alper Yılmaz.
İLK YARI NƏTİCƏ: 0-0
Matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb.
90 dəqiqə ərzində hər iki komandadan qol olmayıb və qarşılaşma 0:0 hesablı bərabərliklə yekunlaşıb.
İtaliya ilə heç-heçə ilə Milli Futbol Komandasının qələbəsizlik seriyası 4 matça yüksəlib.
Aypara-ulduzlu komanda son 4 qarşılaşmada biri rəsmi olmaqla qalib gələ bilməyib.
Avropa çempionatının seçmə qrupunun son oyununda Uelslə səfərdə heç-heçə edərək AVRO 2024-ə vəsiqəni qrup lideri kimi əldə edən Türkiyə mart ayında keçirdiyi yoldaşlıq görüşlərində Macarıstana 1:0, Avstriyaya isə 6:1 hesabı ilə uduzub.
Baş məşqçi Vinçenzo Montella İtaliyaya qarşı 1-i məcburi olmaqla 6 dəyişiklik edib.
Montella ilk hissədə zədələnən Ozan Kabakın yerinə Merih Dəmiralı meydana çıxarıb, ikinci hissədə Orkun Kökçü, Abdülkadir Ömür, Berat Özdemir, Cenk Özkaçar və Semih Kılıçsoya şans verib.
Onu da bildirək ki, Türkiyə AVRO-2024 öncəsi son yoldaşlıq oyununu iyunun 10-da səfərdə Polşa ilə keçirəcək.
Paytaxt Varşavadakı PGE Milli Stadionunda oynanılacaq qarşılaşma GMT ilə saat 21.45-də başlayacaq.
Günel Məlikzadə