-
- 8-04-2024, 09:16
- 354
Türkiyə Superkubokunda qalmaqal
2023-cü ildə Qalatasaray - Fənərbaxça arasında oynanılan Super Kubok matçı U19 komandası ilə oynayan sarı-göylülər 2-ci dəqiqədə geri çəkildiyi üçün yarımçıq qalmışdı. Fənərbaxçanın bu qərarı dünya mətbuatında da işıqlandırılıb.
News24.az xəbər verir ki, Şanlıurfa 11 Nisan Stadionunda 2023-cü ilin Super Liqa çempionu "Qalatasaray"la Türkiyə Kubokunun çempionu "Fənərbağça"nın qarşılaşması yarımçıq qalıb.
Qarşılaşmaya Qalatasaraylı futbolçular başlayıb. Sarı-qırmızılılar tapdıqları ilk mövqedə rəqib qapısına tuş gəlib. Qarşılaşmanın ilk dəqiqəsində Abdülkerim Bardakcının uzun ötürməsindən sonra topu Barış Alper Yılmazdan qəbul edən Mauro İkardi diaqonaldan zərbə endirib, meşin tora daxil olub.
Matçın baş hakimi Volkan Bayarslan bir müddət Fənərbaxçalı futbolçuları meydanda gözlədi.
Bayarslan daha sonra matçı dayandıraraq soyunub-geyinmə otağına gedib. "Qalatasaray"lı futbolçular meydanı tərk edərkən sarı-göylü futbolçuları alqışlayıb.
Türkiyə Futbol Federasiyası bu yarışla bağlı qərarını daha sonra açıqlayacaq.
“Fənərbağça”nın meydandan çəkilməsi dünya mətbuatında geniş işıqlandırılıb.
İspaniyanın "Marca" nəşri "Türkiyə Superkubokunda qalmaqal! Fənərbaxça kuboku boykot etdi. U-19 komandası meydandan çəkildi" deyib.
Günel Məlikzadə