Dörd aktyor “Kızılcık şerbeti”ndən ayrılır
    • 5-06-2024, 12:05
    • 983

Dörd aktyor “Kızılcık şerbeti”ndən ayrılır

Türkiyənin məşhur “Kızılcık şerbeti” serialı iyunun 7-də ikinci sezonunu tamamlayacaq.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Melis Civelek və Zeynep Gür tərəfindən yazılan serialla bəzi personajlar vidalaşacaq.

Belə ki, rejissoru Ketçe olan serialda Umut obrazını canlandıran Serkan Tınmaz və Rüzgarı canlandıran Yiğit Kirazcının vidalaşmasından sonra daha iki ayrılıq yaşanacaq.

Bir müddət əvvəl çəkdiyi videolarla gündəmə gələn serialın Alevi Müjde Uzman komanda ilə vidalaşacaq.

Ayrılacaq digər ad isə Çimen obrazını canlandıran Selin Türkmen olacaq.