Dəhşət: Rusiyada baba iki nəvəsinin gözü qarşısında öldürüldü
    • 5-06-2024, 21:33
    • 151

Dəhşət: Rusiyada baba iki nəvəsinin gözü qarşısında öldürüldü

Moskvada bir kişi parkda on yaşlı iki nəvəsinin gözü qarşısında bıçaqlanaraq öldürülüb.

News24.az Medianews.az-a istinadən xəbər verir ki, faciə ötən gecə 3-cü Muzey küçəsindəki parkda, mərhumun nəvələri ilə gəzinti zamanı baş verib.

Naməlum şəxs yaşlı kişiyə hücum edərək onu ürəyindən bıçaqlayıb.

Qızların xəsarət almadığı bildirilir.

Polis şahidləri dindirib və CCTV görüntülərini ələ keçirib. Qatil tutulsa, onu 15 ilə qədər həbs cəzası gözləyir.