Bakı metrosunda qanlı cinayət – İnsanların gözü qarşısında...
    • 25-01-2020, 12:30
    • 979

Bakı metrosunda qanlı cinayət – İnsanların gözü qarşısında...

Bakı Metropoliteninin 28 May stansiyasında 20 yaşlı oğlanı bıçaqlayıb qaçan şəxs tutulub.

News24.az-ın məlumatına görə, metrostansiyada insanların gözü qarşısında 20 yaşlı Şükürov Həzrətəli Abil oğlunu bıçaqlayıb qaçan Axundov Nizami Elbrus oğlu polis tərəfindən tutulub. Onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni, qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə maddəsi ilə iş açılıb.

Qeyd edək ki, hadisə vaxtı Həzrətəli Şükürov qarnından və boynundan bıçaq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər onun hyatını xilas edib.