-
- 5-06-2024, 21:55
- 804
Dünyanın ən bahalı oyunçuları – Siyahı
Fransa millisinin hücumçusu Kilian Mbappe İspaniyanın "Real" klubu ilə 5 illik müqavilə imzaladıqdan sonra dünyanın ən bahalı futbolçusu olub.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, “Football Benchmark” bununla bağlı siyahı təqdim edib.
Mbappenin dəyəri 244 milyon avro qiymətləndirilib. Siyahıda ikinci pillədə Madrid klubunun digər futbolçusu Cud Bellinqem qərarlaşıb. İlk “3-lüy”ü isə İngiltərənin Mançester Siti” klubunun üzvü Erlinq Holann qapayıb.
“Football Benchmark"a görə ilk “10-luq”:
1. Kilian Mbappe (“Real”, İspaniya) – 244 milyon avro
2. Cud Bellinqem (“Real” İspaniya) – 187,8 milyon avro
3. Erlinq Holann (“Mançester Siti”, İngiltərə) – 186,6 milyon avro
4. Vinisius Junior (“Real”, İspaniya) – 176,2 milyon avro
5. Fil Foden (“Mançester Siti”, İngiltərə) – 150 milyon avro
6. Bukayo Saka (“Arsenal”, İngiltərə) – 142,7 milyon avro
7. Camal Musiala (“Bavariya”, Almaniya) – 130,7 milyon avro
8. Florian Virtz (“Bayer 04”, Almaniya) – 123,5 milyon avro
9. Rodriqo (“Real”, İspaniya) – 121,2 milyon avro
10. Deklan Rays (“Arsenal”, İngiltərə) – 117,9 milyon avro