23 il əvvəl itən qadının qalıqları tapıldı
    • 5-06-2024, 22:11
    • 280

23 il əvvəl itən qadının qalıqları tapıldı

Avstraliyada polis təsadüfən 2001-ci ildə yoxa çıxan qadının qalıqlarını tapıb.

News24.az Lent.az-a stinadla bildirir ki, 23 il əvvəl 24 yaşlı Kelly Ann Karmaykl doğulduğu Qilonqdan Katoombaya gedib və yoxa çıxıb. Onu sonuncu dəfə 29 aprel 2001-ci ildə yataqxanadan çıxarkən görüblər. Karmaykl yoxa çıxandan bir neçə il sonra o, itkin düşmüş elan edilib. Polis 2004-cü ildə araşdırmaya başlayıb və 2009-cu ildə onun öldüyü elan olunub. Müstəntiqlər hesab ediblər ki, Karmaykl şizofreniyadan əziyyət çəkdiyi üçün özünü öldürüb.

2011-ci ildə polis Karmaykl haqqında hər hansı məlumat üçün 200 min Avstraliya dolları (2011-ci ilin məzənnəsi ilə təxminən altı milyon rubl) mükafat elan edib, lakin bu da nəticə verməyib.