NATO-nun ən böyük hərbi dəniz təlimi Baltops 2024 başladı
    • 5-06-2024, 17:57
    • 164

NATO-nun ən böyük hərbi dəniz təlimi Baltops 2024 başladı

50-dən çox gəmi, onlarla təyyarə, helikopter və minlərlə NATO əsgəri NATO-nun Baltops 2024 ən böyük dəniz təliminə başlayıb.

News24.az xəbər verir ki, bu barədə “Polsat News” məlumat yayıb.

Tarixdə ilk dəfədir ki, Baltik dənizi hövzəsində belə miqyasda təlimlər keçirilir. Ümumilikdə, 20 ittifaq ölkəsinin qüvvələri iştirak edir.

Əsas diqqət Baltik dənizi hövzəsinə yönəlmiş təlim çərşənbə günü başlayıb və iyunun 20-dək davam edəcək.

Təlim çərçivəsində tapşırıqlar Almaniya, Polşa, İsveç və Litvada da təlim meydançalarında yerinə yetiriləcək.

Mehriban Mirzəzadə