Daha bir ölkədə qatar toqquşdu : 77 yaralı
    • 6-06-2024, 09:38
    • 133

Daha bir ölkədə qatar toqquşdu : 77 yaralı

Rusiyada iki tramvayın toqquşması nəticəsində 1 nəfər ölüb, 77 nəfər xəsarət alıb.

News24.az “Mash” “Telegram” kanalına istinadən xəbər verir ki, Kemerovoda yaşanan qəza zamanı bir neçə sərnişin qatardan relslərin altında düşüb, sürücülərdən biri isə kabinədə köməksiz vəziyyətdə qalıb.

Qəzaya səbəb tramvaylardan birinin əyləc sistemində yaranan nasazlıq olub. 

Xəsarət alanlardan İki nəfər reanimasiyaya yerləşdirilib. Qəza ilə bağlı cinayət işi açıb.

Teymur Məmmədov