Sərnişin avtobusu ilə təyyarə toqquşdu - XƏSARƏT ALANLAR VAR
    • 11-02-2023, 12:28
    • 976

Sərnişin avtobusu ilə təyyarə toqquşdu - XƏSARƏT ALANLAR VAR

Srənişin avtobusu və təyyarənin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, qeyri-adi qəza fevralın 10-da axşam Los-Anceles hava limanında baş verib.

Nəticədə avtobus sürücüsü də daxil olmaqla 3 nəfər xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Qəza ilə əlaqədar hava limanının işində ciddi pozuntuların olmadığını bildirilib.

Hazırda hüquq-mühafizə qəzanın səbəbini müəyyənləşdirirlər. /CBS News/

Teymur MƏMMƏDOV