Sərnişin avtobusu dayanacağa çırpıldı, xəsarət alan var
    • 8-09-2023, 15:13
    • 342

Sərnişin avtobusu dayanacağa çırpıldı, xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki 9 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu dayanacağa, sonra köşkə çırpılıb. Qəza zamanı köşkdə işləyən 1990-cı il təvəllüdlü Ümid Heydərov yüngül xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları xəsarət alan şəxsə yardım göstərib. Sərnişin avtobusunun sürücü Qafar Əliyevin sözlərinə gözə, qəzaya səbəb avtobusun əyləc sistemində anidən nasazlıq yaranması olub.

Qeyd edək ki, qəza zaman sahibkara ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.