Qadın söz davasında ərini öldürdü
    • 6-06-2024, 13:32
    • 125

Qadın söz davasında ərini öldürdü


Rusiyanın Moskva şəhərində qadın ərini öldürüb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, İstintaq Komitəsinin paytaxtın baş idarəsindən verilən məlumata görə, cinayət Rojdestvenskaya küçəsindəki binanın mənzillərindən birində törədilib.

Qadın əri ilə mübahisə zamanı bıçağı götürüb və onunla kişini bıçaqlayıb. O, aldığı yaradan yerindəcə keçinib.