65 yaşlı qadın ərini öldürüb, qonağı bıçaqladı
    • 1-06-2024, 18:15
    • 303

65 yaşlı qadın ərini öldürüb, qonağı bıçaqladı

Rusiyanın İvanovo vilayətində məhkəmə qonağı bıçaqlayıb ərini öldürən 65 yaşlı qadının işinə baxacaq.

News24.az Lent.az-a istinadən bildirir ki, yanvarın 1-də sərxoş təqaüdçü mənzildə ərinə və onların ortaq dostuna bıçaqla hücum edib. Ər sağ qalmayıb, qonaq isə ağır xəsarətlər alıb.

Qadına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (“Qətl”) və 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (“Öldürməyə cəhd”) ilə cinayət işi açılıb.

İş artıq məhkəməyə təqdim olunub.