Taylordan Ledi Qaqaya dəstək
    • 6-06-2024, 13:36
    • 229

Taylordan Ledi Qaqaya dəstək

"Poker Face", "Rain On Me" və "Bad Romance" kimi hit mahnıları ilə tanınan dünya şöhrətli müğənni Ledi Qaqanın bacısının toyunda qarnı şişmiş görünməsi söz-söhbətlərə səbəb olub.

News24.az xəbər verir ki, 46 yaşlı sahibkar Maykl Polanski ilə uzun müddətdir birlikdə olan müğənni TikTok hesabında iddialarla bağlı açıqlama verib. "Qremmi" mükafatına layiq görülmüş müğənni "Hamilə deyiləm, sadəcə idman zalında ağlayıram" deyib.

Qaqanın məsələ ilə bağlı açıqlama verməli olması bəzi dairələrin reaksiyasına səbəb olub.

Müğənni Taylor Svift, "Biz hamımız razılaşa bilərik ki, qadının bədəni haqqında şərh vermək təhqiramizdir?" deyib.

"Nə Qaqanın, nə də başqa bir qadının sizə izahat vermək öhdəliyi yoxdur", - müğənni davam edib.

Sviftin Qaqaya dəstəyi sosial mediada trend mövzusuna çevrilib. Bəzi insanlar Sviftin şərhini dəstəkləyib, bəziləri isə "Qaqanın Sviftin dəstəyinə ehtiyacı yoxdur" şərhini yazıb.

Günel Məlikzadə