Qumbara partlaması nəticəsində 4 erməni hərbçi yaralandı
    • 28-10-2021, 14:22
    • 441

Qumbara partlaması nəticəsində 4 erməni hərbçi yaralandı

Qumbara partlaması nəticəsində 4 erməni hərbçi yaralanıb.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, insident Qeqarkun vilayətindəki (Göyçə) sərhəd hissələrindən birində baş verib.

Məlumata görə, hərbçilər bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.