Sılanın Bakı konsertində sürpriz. Azərbaycanlı ulduzla duet oxuyacaq
    • 7-08-2018, 12:30
    • 1 435

Sılanın Bakı konsertində sürpriz. Azərbaycanlı ulduzla duet oxuyacaq

Xəbər veridiymiz kimi, türkiyəli məşhur müğənni Sıla ilk dəfə Bakıda konsert verəcək.

29 dekabr Bakı Konqres Mərkəzində baş tutacaq möhtəşəm konsert barədə maraqlı məlumat yayılıb.

Belə ki, Sılanın Azərbaycanın ulduz ifaçılarından biri ilə duet oxuyacağı deyilir.

Məsələ ilə bağlı təşkilatçılarla əlaqə saxladıq. Yayılan xəbərin doğru olduğu təsdiqlənsə də müğəninin kimliyi sirr olaraq saxlandığı bildirildi.

Qeyd edək ki, Sılanın konsert biletlərini şəhərin bütün kassaları, “ASAN” xidmət məntəqələri və itickets.az saytından əldə edə bilərsiniz. Qiymətlər isə 30-400 AZN arasında dəyişir.

Teymur Məmmədov