Qastrol səfərində olan sənətçimizin başını yardılar - Fotolar
    • 4-10-2019, 21:33
    • 775

Qastrol səfərində olan sənətçimizin başını yardılar - Fotolar

Azərbaycanlılardan ibarət “HammAli & Navai” duetinin iştirakçısı Nəvai Bəkirovun Qazaxıstanda başına iş gəlib.

News24.az xəbər verir ki, onun konsert zamanı başı yarılıb.

Belə ki, konsert zamanı qazax xalqına sevgisini etiraf etdikdən sonra başına ağır əşya atılıb. Nəticədə ifaçının başı yarılıb.

Müğənni bu barədə “Instagram” səhifəsində məlumat verib.

“Qazaxıstandan qazax xalqına olan sevgimi etiraf etdim və cavab olaraq başıma bir şey atıldı. Nəticədə isə başım partladı. Təşəkkür edirəm”.