Azərbaycanda iki gəncin öldüyü dəhşətli hadisənin ANBAAN VİDEOSU
    • 6-06-2024, 15:44
    • 154

Azərbaycanda iki gəncin öldüyü dəhşətli hadisənin ANBAAN VİDEOSU

Ötən ilin dekabrın 9-da Masallıda iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası barədə bəzi məqamlar üzə çıxıb.

News24.az publika.az-a istinadla bildirir ki, qəzada vəfat edən Masallının Bədəlan kənd sakini İslam Əliyevin yaxınları hadisəni törədən 1999-cu il təvəllüdlü Qorxmaz Hüseynovun maşını yüksək sürətlə sürdüyünü və avtoxuliqanlıq etdiyini bildiriblər.

Onlar qəzanın görüntülərini təqdim ediblər. Videodan “Toyota Carolla” markalı avtomobilin Lənkəran-Boradigah-Masallı yolunda yüksək sürətlə hərəkət etməsi və idarəetmədən çıxaraq yolun kənarında dayanmış 20 yaşlı İslam Əliyev və 17 yaşlı İsa Cavadovu vuraraq ölümlərinə səbəb olması görünür.

Qeyd edək ki, ötən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Q.Hüseynova Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi) maddəsi üzrə hökm oxunub. O, 7 il həbs cəzasına məhkum edilib.