Azərbaycanda 2 gənc oğlanın öldüyü dəhşətli hadisə ilə bağlı YENİ XƏBƏR
    • 17-11-2019, 11:24
    • 948

Azərbaycanda 2 gənc oğlanın öldüyü dəhşətli hadisə ilə bağlı YENİ XƏBƏR

Ağsu rayonunda 2 gəncin ölümü ilə nəticələnən ağır yol qəzası törətdiyi üçün tutularaq məhkum edilmiş Fərid Cəlilov Ali Məhkəməyə müraciət edib.
News24.az -ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü, yəni, 2 və ya daha çox şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmə maddəsi ilə 7 il müddətinə məhkum edilmiş şəxs Ali Məhkəmədən barəsindəki işin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. Müraciətə hakim İlqar Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Cəlilov Fərid Aydın oğlunun idarə etdiyi “VAZ 21015” markalı minik maşını qarşı tərəfdən gələn “KaMAZ” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində “VAZ 21015”in sərnişinləri - 1992-ci il təvəllüdlü Fazilzadə Rza Cəlal oğlu və 1991-ci il təvəllüdlü Mütəllimov Vüqar İlqar oğlu dünyasını dəyişib, sürücü Fərid Cəlilov isə ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fərid Cəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilib.