"Qızıl top" mükafatı bu tarixdə veriləcək
    • 6-06-2024, 23:50
    • 147

"Qızıl top" mükafatı bu tarixdə veriləcək

"Qızıl top" mükafatının veriləcəyi tarix bəlli olub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, 2023/2024 mövsümünün ən yaxşı futbolçusu nominasiyası üzrə "Qızıl top" mükafatı oktyabrın 28-də Parisdə öz sahibinə təqdim ediləcək.

Mükafata namizədlərin siyahısı sentyabrın 4-də açıqlanacaq.

Qeyd edək ki, sonuncu dəfə 2023-cü ildə argentinalı Lionel Messi bu mükafata sahib çıxıb.