-
- 2-08-2018, 13:18
- 1 088
Ev heyvanı adıyla daş satıb milyoner olan adam
Amerikalı Harri Rossun adı 70-80-ci illərdə çox məşhur idi. Bu adamın qeyri-adi icadla milyoner olması yəqin ki, bəşər tarixində xüsusi yer alacaq.
Harri Ross bəzi insanların allergiya səbəbi ilə ev heyvanları saxlaya bilməmələrini ciddi fikir kimi qəbul edib "Ev heyvanı olan daşlar" adı altında icadını satışa buraxdı. Məhz bu daşlar sayəsində o milyoner olmağı bacardı.
Əslində evcil daşlar adi daşlar idi. Harri Ross onları hava almaq üçün deşikləri olan qutulara yerləşdirib, xüsusi istifadə qaydası ilə birlikdə satırdı.
Maraqlı burasıdır ki, onun bu icadı insanlar tərəfindən böyük maraqla qarşılandı və bu daşlara tələbat yarandı.
Evcil daşların istifadə qaydasında Ross belə yazmışdı:
"Qayanı qutudan çıxardın və qəzetin üstünə yerləşdirin. Qaya bu kağızın nə olduğunu anlayacaq və sizin ona qulluq etmək üçün başqa heç nəyə ehtiyac yoxdur. Bir gün sonra evcil daşınızın təlim-tərbiyəsi başa çatmış olacaq və o sizin ömürlük, sadiq dostunuza çevriləcək".
İlhamə