"Harri Potter" kitabları qadağan edildi - SEHRLƏR GERÇƏK İMİŞ
    • 5-09-2019, 10:20
    • 961

"Harri Potter" kitabları qadağan edildi - SEHRLƏR GERÇƏK İMİŞ

"Harri Potter" kitabları qadağan edilib. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Tennessi ştatında yerləşən Müqəddəs Edvard katolik məktəbində bu barədə qərar qəbul olunub. 

Məktəbin kitabxanasından kitabların yığışdırılmasına səbəb isə məktəbdə çalışan müqəddəs ata Den Rixil olub. O, Vatikandan olan ekzorsistlərlə məsləhətləşərək kitabdakı sehrlərin gerçək olduğu qənaətinə gəlib. 

Onun sözlərinə görə, kitabdakı sehrlər oxucuya pis ruhları cəlb edir.