-
- 16-10-2018, 11:30
- 1 393
Balaları ölən it daşlara analıq edir
Türkiyənin Kocaeli şəhərində universitet yanında itlər üçün “Təbiət və heyvansevərlər”adlı sığınacaq yaradılıb.
News24.az xəbər verir ki, sığınacaqda “Şimşək” adlı itin ağzında yaraları tələbələrin diqqətini çəkib .
Sonradan məlum olub ki, 3 il öncə balaları ölü doğulan it, hər gün ağzında gəzdirdiyi daşlara analıq edir.
Yuvasında da daşlar saxlayan itdən, nə qədər onları almaq istəsələr də, qoruma instinkti buna icazə verməyib. Baytarın bu barədə verdiyi məlumata görə, balalar bir anda öldüyü zaman, it hər hansı bir cismi, daşı, oyuncağı götürüb balası olaraq mənimsəyir.
Bunun səbəbi isə ana itdə yüksələn prolaktin hormonudur. İtin yaşadıqları zamanla keçmirsə deməli hormonların dəyişməsi ilə yanaşı, psixoloji problemləri də yaranıb.
Şəlalə Ağayeva