Boeing-in 27 saatlıq uçuşu - VİDEO
    • 7-06-2024, 10:50
    • 185

Boeing-in 27 saatlıq uçuşu - VİDEO

ABŞ-ın aviasiya şirkəti Boeing-in Starliner şatlı təxminən 27 saatlıq uçuşdan sonra Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb.

News24.az xəbər verir ki, Starliner BKS-ə səyahəti zamanı helium sızması ilə üzləşib və 28 itələyicidən 4-ü sıradan çıxıb.

Astronavtlar Barry 'Butch' Wilmore və Sunita 'Suni' Williams 3 qırılan itələyicini yenidən işə salmağı bacarsalar da, onlar BKS-ə yaxınlaşmaq üçün ilk fürsəti əldən buraxıblar.

Qeyd edək ki, Uilmor və Uilyamsı BKS-də 4 amerikalı astronavt və 3 rus kosmonavtı qarşılayıb.

Günel Məlikzadə