-
- 15-05-2024, 23:00
- 253
"Boeing" ABŞ ilə razılaşmanı pozdu
ABŞ Ədliyyə Nazirliyi bəyan edib ki, Boeing 2021-ci ildə imzalanmış, 2018 və 2019-cu illərdə 346 nəfərin ölümünə səbəb olan 737 MAX qəzası ilə bağlı cinayət işlərindən şirkəti qoruyan müqavilənin öhdəliklərini pozub.
News24.az xəbər verir ki, Ədliyyə Departamentinin rəsmiləri bunu yanvar ayında Boeing-də təhlükəsizlik və keyfiyyət problemlərini üzə çıxaran növbəti qəzadan sonra tapıblar.
ARD-ARDA QƏZALAR
Yanvarın 5-də ABŞ-ın “Alaska Airlines” şirkətinə məxsus “Boeing 737 MAX 9” tipli təyyarə uçuş zamanı kuzov panelinin qopması səbəbindən təcili eniş etməli olub.
Bu hadisədən cəmi iki gün sonra Boeing-i əvvəlki qəzalara görə cinayət təqibindən qoruyan müqavilənin müddəti başa çatıb.
Qeyd edək ki, yanvar ayında baş verən qəzadan sonra davam edən korporativ böhranı və nüfuz itkisini daha da dərinləşib.
Günel Məlikzadə