-
- 7-06-2024, 11:34
- 240
Kosmik turizm: Kosmosa uçuş neçəyə başa gəlir?
Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) məlumatına görə, kosmosun həddi hesab edilən uçuş 80 kilometri keçdikdə, bu, kosmik turizm kimi təsnif edilir.
News24.az xəbər verir ki, SpaceX, Blue Origin, Virgin Galactic kimi şirkətlər kosmik turizm üçün işlərini davam etdirirlər. Ancaq hələlik kosmosa səyahət yalnız çox az sayda insan üçün mümkün olan yüksək xərcli planla məhdudlaşır.
Kosmik turizmin qarşısındakı ən böyük maneələrdən biri texnoloji çatışmazlıqlardır. Bu sahədə atılacaq mühüm addımlar turizmi daha təhlükəsiz və əlçatan edəcək.
Bundan əlavə, kosmosda uzun müddət qalmaq üçün qabaqcıl həyat dəstək sistemləri inkişaf etdirilməlidir.
Bu sistemlər oksigen istehsalı, suyun təkrar emalı və tullantıların idarə edilməsi kimi həyati funksiyaları əhatə edir.
Bundan əlavə, kosmik turizmin təhlükəsiz aparılması üçün fövqəladə hallar üçün qabaqcıl təhlükəsizlik sistemlərinin və xilasetmə mexanizmlərinin yaradılması vacibdir.
Kosmosa uçuş neçəyə başa gəlir?
Kosmik turizm üçün qiymətlər çox dəyişir.
90 dəqiqəlik Virgin Galactic səyahətinin qiyməti 450.000 dollar, Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) uçuşlarının isə təxminən 731.000 dollara başa gələcəyi gözlənilir.
Blue Origin reysinin bileti hərracda 28 milyon dollara satılıb.
Daha sonra bilet 1 milyon dollara satılıb. Bəzi biletlər, adətən, məşhur insanlara pulsuz verilir.
Fərqli şirkətlərlə tam orbitə səyahətin 50 milyon dollardan çox başa gələ biləcəyi təxmin edilir.
Təbii ki, bu rəqəmlər o qədər ucuz deyil ki, tətilimizi dəniz kənarında, yoxsa ayın mənzərəsində keçirməyimizə qərar verək.
Günel Məlikzadə