Almaniyada "Fələstin Dövləti" sorğusu
    • 7-06-2024, 13:45
    • 265

Almaniyada "Fələstin Dövləti" sorğusu

Fələstinin Almaniyada dövlət kimi tanınmasını istəyənlərin nisbəti 40 faiz, İsrailin Rəfaha hücumuna görə ona qarşı sanksiyaları dəstəkləyənlərin nisbəti isə 51 faizdir.

News24.az xəbər verir ki, YouGov ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğuya görə, ölkədə hər 5 nəfərdən 2-si Fələstinin dövlət kimi tanınmasının tərəfdarıdır.

Rəyi soruşulanların 27 faizi Fələstinin dövlət kimi tanınmasının əleyhinə olsa da, 33 faizi bu məsələdə qərarsız olduqlarını bildirib.

Rəfaha hücumlarla bağlı sualı cavablandıran iştirakçıların 51 faizi Aİ-nin İsrailə qarşı iqtisadi sanksiyalar tətbiq etməsini dəstəklədiklərini vurğulayıb.

İştirakçıların 26 faizi bu cür sanksiyaların tamamilə və ya qismən əleyhinə olduğunu bildirib.

Mayın 31-dən iyunun 5-dək keçirilən sorğuda 2295 nəfər iştirak edib.

Xatırldaq ki, Norveç, İspaniya, İrlandiya və Sloveniya bu yaxınlarda Fələstini dövlət kimi tanımaq qərarına gəliblər.

Almaniya kansleri Olaf Şolz Almaniya hökumətinin hazırda Fələstini dövlət kimi tanımağı planlaşdırmadığını açıqlayıb.

Günel Məlikzadə