-
- 5-06-2024, 08:52
- 274
Daha bir dövlər Fələstini tanıdı
Sloveniya Fələstin dövlətini rəsmən tanıyıb.
News24.az xəbər verir ki, bu baradə Sloveniya hökumətinin sosial media platformasında yazı dərc olunub.
Yazıda bildirilib ki, SDS millət vəkilləri tərəfindən sessiyaya qatılan 90 yerlik parlamentarilərdən 52-si Fələstin dövlətinin tanınmasına səs verib.
Sloveniyanın Baş naziri Robert Qolob da sosial media hesabında “Bu gün Fələstinin suveren və müstəqil dövlət kimi tanınması İordan çayının qərb sahili və Qəzzada Fələstin xalqına ümid verir” sözlərini paylaşıb. d
MƏCLİSDƏ FƏLƏSTİNİN BAYRAĞI QALDIRILIB
Sloveniya parlamentinin Fələstini dövlət olaraq tanıması qərarından sonra paytaxt Lyublyanadakı parlament bağçasında alqış sədaları altında Fələstinin bayrağı bayraqlarla yanaşı qaldırılıb.
Sloveniyanın xarici işlər naziri Tanya Fajon, Fələstinin tanınmasının sülh və ədalətə bağlılıqlarının nişanı olduğunu ifadə edərək, "Qalıcı sülh üçün iki dövlətli həllə töhfə verməklə tarixin doğru tərəfindəyik" deyib.
Günel Məlikzadə