-
- 30-05-2024, 22:50
- 456
Bu dövlət də Fələstini tanıyacaq
Sloveniya hökuməti Fələstin Dövlətini rəsmən tanımaq qərarına gəldiyini açıqlayıb.
News24.az xəbər verir ki, hökumətin verdiyi açıqlamada “Bu gün Sloveniya hökuməti Fələstinin müstəqilliyi və suverenliyinin tanınması ilə bağlı qərarı qəbul edərək Milli Məclisə təqdim edib” bildirilib.
Bu həftənin əvvəlində Norveç, İspaniya və İrlandiya Fələstini dövlət kimi tanıdıqlarını bəyan ediblər.
Qeyd edək ki, İspaniyanın Baş naziri Pedro Sançez 1967-ci il sərhədlərindəki dəyişiklikləri bütün tərəflər tərəfindən qəbul edilmədikcə qəbul etməyəcəklərini vurğulayıb.
Onu da bildirək ki, bu ay BMT Baş Assambleyasının 193 üzvündən 143-ü Fələstinin BMT-yə üzv olmasına səs verdi, bunu yalnız dövlətlər edə bilər.
Günel Məlikzadə