Sabiq deputat SAXLANILDI
    • 7-06-2024, 15:01
    • 199

Sabiq deputat SAXLANILDI

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşları Ali Radanın keçmiş deputatını hərbi xidmətdən yayınan vətəndaşlara saxta sənədlər verməkdə şübhəli bilinərək saxlayıb. 

News24.az xəbər verir ki, bu barədə yerli “Strana.ua” nəşri məlumat yayıb.

Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Sergey Leşşenkonun sözlərinə görə, söhbət Ali Radanın səkkizinci çağırış deputatı İrina Sısoenkodan gedir. O, parlamentdə Samopomiç partiyasını təmsil edib.

“Radadan sonra Sysoenko özünü Kiyev Profilaktik Tibb İnstitutunun rəhbərliyində tapdıb. O, qondarma sənədlərin verilməsi üçün bir neçə həkimi, o cümlədən Lvov vilayətindən də bu sxemə cəlb edib”, – nəşr yazır.

Jurnalistlər sabiq deputatın vətəndaşlara “saxta” əlillik arayışı verdiyinə aydınlıq gətiriblər. SBU-nun məlumatına görə, o, bundan 100 min dollar qazanıb.

Axtarışlar zamanı eks-deputatın üzərindən 40 milyon qrivnadan çox pul tapılıb. İndi Sysoenkonu 12 ilə qədər həbs, habelə əmlakı müsadirə gözləyir.

Mehriban Mirzəzadə