"Avropaya qaçan ukraynalılar müharibəyə cəlb olunmalıdır" - AVROPARLAMENTARİ
    • 16-01-2024, 15:48
    • 142

"Avropaya qaçan ukraynalılar müharibəyə cəlb olunmalıdır" - AVROPARLAMENTARİ

“Avropaya qaçan ukraynalılar geri göndərilərək, müharibəyə cəlb olunmalıdır”. 

News24.az-ın məlumatına görə, bu fikirlərlə Avropa Parlamentinin deputatı Yaak Madison deyib. 

O, prezident Volodimir Zelenskinin bir neçə dəfə orduda şəxsi heyət çatışmazlığı ilə bağlı fikirlər səsləndirdiyini xartırladıb. 

Bu arada, Ali Radanın deputatı Aleksey Qonçarenko vurğulayıb ki, bu addım orduda şəxsi heyətin sayını artırmağa imkan verəcək. 

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna hakimiyyəti vətəndaşların 36 aylıq hərbi xidmətdən sonra tərxis olunmasına imkan verən müddəanın qanunvericilikdən çıxarılmasını təklif edib.

Fərid Azəri