-
- 8-06-2024, 18:38
- 313
Yay mövsümündə hansı rənglər dəbdə olacaq?
Yay fəsli artıq başlayır və havanın da temperaturu yavaş-yavaş yüksəlməyə başlayır. Bu isə geyimlərdə özünü göstərir. Bəs, bu yay əsasən hansı rəngli geyimlər dəbdə olacaq? Hər il olduğu kimi bu il də yay ayları özünəməxsus dəbi, fərqli geyim modelləri ilə yadda qalacaq.
news24.az xəbər verir ki, modelyer Şəlalə Maqsudova Ednews - a açıqlamasında bildirir ki, 2024 - ci ildə dəb aləmində həm rəng, həm biçim baxımından bəzi dəyişikliklər olacaq:
“Təbii ki, yay deyəndə xanımlar şux rəngli, açıq tonlara daha üstünlük verirlər. Amma dizaynerlər bu yay mövsümündə qırmızı, yaşıl, yəsəmən rənglərini üstün tuturlar. Hansı rənglərin dəbdə olmasından asılı olmayaraq xanımlarımızın sevdiyi rənglər var ki, paltar rəflərində məhz həmin rənglər çoxluq təşkil edir”.
Modelyer qeyd edir ki, biçim formalarına gəldikdə boş və uzun yarım “klyoş”, “valan”lı geyimlər daha çox dəbdə olacaq .
“Təbii ki, biçim formasında da xanımların öz seçimləri olacaq . Çünki yay fəslində xanımlar bədənə rahat olan geyimlərə müraciət edirlər”.