Nişanlı gəncin evdə meyiti tapıldı
    • 9-06-2024, 09:20
    • 185

Nişanlı gəncin evdə meyiti tapıldı


Xaçmaz rayonunun Kiçik Baraxum kəndində fərdi evlərin birinin həyətində 27 yaşlı kişi meyiti tapılıb.

News24.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, meyitin həmin evdə yaşayan 1997-ci il təvəllüdlü Əkbərov Taleh Fikrət oğluna məxsus olduğu məlum olub.

Onun cəsədi meyvə ağacından asılmış formada aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Taleh Ələkbərovun nişanlı olduğu, rayondakı yanacaqdoldurma məntəqələrinin birində işlədiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.