Lənkəranda yaşayış evində kişi meyiti tapıldı
    • 1-02-2023, 00:53
    • 200

Lənkəranda yaşayış evində kişi meyiti tapıldı

Lənkəranda yaşayış evində kişi meyiti tapılıb.

Meyit axşam saatlarında rayonun Vilvan kəndində yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayış evinə baxış keçiriblər.

Meyitin İsmixan Məhkəmə oğlu Əzimova məxsus olduğu müəyyən edilib. Ölən şəxsin bir neçə ildir tək yaşadığı bildirilir. /Teleqraf.com/